Türk lirəsi 9 faizə yaxın bahalaşıb 

17:04 24.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə lirəsi ötən gün dollara nisbətdə 12 faizdən çox ucuzlaşmadan sonra bu gün bir qədər bahalaşıb.

Hafta.az-ın türk mətbuatına istinadən məlumatına görə, son sutka ərzində Türkiyə lirəsi ABŞ dollarına nəzərən 9 faizə yaxın bahalaşıb.

Hazırda birjalarda 1 ABŞ dolları 11,8 lirə ətrafında alınıb-satılır.

Xatırladaq ki, ötən gün dolların lirəyə nəzərən qiyməti qısa müddətə 13 lirə həddini keçmişdi.